"Bir dəfə də günah edim, tövbə edərəm" fikri ilə günah edənin tövbəsi qəbuldurmu?

    04.02.2021
Sual: 
Salam aleykum günahlar etmək meselen 4defe etdimsə vəsəvəsə gəlirki 5defe ele tek rəqəm olsun ve sair bu nedir veya meselen qoy bidefede günah eliyim tövbə edərək o tövbə qəbuldur? Meselen 4defe veya minlərlə günah etmisən Deyisən 1defe de eliyim da vsyo o tövbə qəbuldur?
Cavab: 

Va aleykum Salam. Uca Allah Təkdir və təki sevir. Lakin bu, ibadətlərə və mübah əməllərə aiddir. Günahı tək və ya cüt sayda etmək fikri vəsvəsədir. İnsan əcəlinin nə zaman gələcəyini bilməz, odur ki, günah üzərində ölməkdən qorxub tez bir zamanda tövbə etməli və Allaha qayıtmalıdır. Daha ətraflı: 

Teqlər: 
Paylaş: