İman gətirdikdən sonra küfr edənin, sonra tövbə edib dinə qayıdanın əvvəlki savab əməlləri qalırmı?

    04.02.2021
Sual: 
Salam Aleykum bir insan Cox savab etse ve birden Kafir olsa.Daha sonra tövbe etse evvelki savabları yeniden ona yazılır?
Cavab: 
Və aleykum Salam. Əvvəl mömin olub əməlisaleh işlər görən kəs sonra küfr edərsə, sonra təkrar tövbə edəb İslam dininə qayıdarsa, Uca Allah onun əvvəl etdiyi saleh əməlləri batil etmir. Tövbə edib tövbəsində səmimi olarsa, əvvəlki savab əməlləri saxlanılır. Uca Allah buyurur: "Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar". (əl-Bəqərə, 217). Ayədən gördüyümüz kimi Uca Allah yalnız küfr edib kafir olaraq ölənlərin əməllərini batil edir. Əgər tövbə edərsə, əvvəlki savab əməlləri ona qaytarılır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: