Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?

    30.04.2014
Kimdən: 
Günel
Sual: 
Salam aleykum. Namaz qilarken ruketlerde fatiheden sonra yalniz ixlas suresi deyilmelidir, yoxsa her defe birini. yeni feleq ve nas surelerini de demek lazimdir?
Cavab: 

Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra əzbər bildiyiniz istənilən surəni oxuya bilərsiniz. Şəriətə görə namazda əl-Fatihədən sonra konkret hansısa surə təyin olunmamışdır. Əgər yalnız bir surə bilirsinizsə, bu surəni daim oxuya bilərsiniz. Bir neçə surə bilirsinizsə, hər dəfə birini oxuya bilərsiniz.  Uca Allah buyurur: "... Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!" (əl-Muzzəmmil, 20)

Teqlər: 
Paylaş: