Təzə paltar alanda hansı dualar oxunmalıdır?

    11.11.2021
Sual: 
Salam sualım belədir. Pandemiya dövrü olduğu üçün aldığım şeyləri spirtlə silirəm. Daha sonra salavat oxuyub üstünə üfürürəm. Elə bilirəm nəsə ürəyimə yatır belə etdikdə. Təzə geyim alanda da ayətəl kürsi və salavatın sözlərini deyib paltara üfürürəm. Özümdə oxuyuram geyəndə. Mənim kimi olanlara nə məsləhət bilərdiniz? Birdə belə bir sualım var. Bəzən bişey bişirəndə yaxşı olayıb birdə bişirməyəcəyəm demişəm. Sonra o yeməyi məndən istəyiblər ailəmdə mən bişirmirəm deyə bilmədiyim üçün bişirmişəm. Bəzən əsəbi halda tövbə bunu bişirməyəcəm dediyim də olub peşmanam, sonra məcbur qalıb bişirmişəm. Daha belə sözü dilimə gətirməməyə çalışıram amma keçmişdə olanları necə edim? Namazda dua edirəm.
Cavab: 
Va aleykum salam.
1) Pandemiya dövründə ehtiyat tədbirləri görmək (əlləri yumaq, maskadan istifadə etmək, peyvənd vurdurmaq, əlləri spirtləmək və s.) xəstəliyə yoluxmağın qarşısını almaq üçün ən düzgün tədbirdir, dinimiz bunu təsdiqləyir. Lakin alınan hər təzə paltarı spirtləmək artıq həddi aşmaqdır və bu kimi əməllər vəsvəsəyə səbəb olur. Həmçinin dinimizdə təzə paltara salavat və ya Kürsü ayəsini oxuyub üfürmək buyurulmayıb və bu əməl bidət (dinə yenilik) sayılır. Daha ətraflı: Çirkli bir şeyi yuyanda təmiz olması üçün salavat deyilməsi düzgündürmü?

Həmçinin paltar geyinəndə də Ayətul kürsünü və ya salavat oxumaq düzgün deyil. Dinimiz paltar geyinərkən xüsusi dua etməyi buyurub. Daha ətraflı:
Paltar geyinərkən edilən dua
Təzə paltar geyinərkən edilən dua.

Xəstəliklərdən qorunmağın yolları barədə daha ətraflı: Yoluxucu xəstəlikdən qorunmağın 10 yolu

2) Tövbə yalnız günah işlərdən olur. Günah olmayan bir işi etməyəcəyinizə dair söz vermək tövbə etmək sayılmır və əgər bu işi etsəniz bu sizə günah sayılmır. Daha ətraflı: Tövbəni necə etmək lazımdır?

Teqlər: 
Paylaş: