Fatimə Peyğəmbərin ﷺ ilk qızıdırmı?

    13.11.2021
Sual: 
Salam. Möminlerin anası olan XANIM FATİMEYİ ZEHRA(e.s) PEYĞEMBERİMİZİN İLK qızıdır? Ve CENNET xanımlarından biridir?
Cavab: 

Va aleykum salam. Əvvəla bunu qeyd edək ki, "Möminlərin anası" dedikdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri nəzərdə tutulur. Uca Allah buyurur: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır." (əl-Əhzab, 6). Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) övladları isə "Əhli-Beyt" adlanır. Ətraflı oxuyun:

 
Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən kiçik qızı olub. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dörd qızı olub. Ən böyük qızı Zeynəbdir. Digər qızları isə Ruqeyyə və Ummu Gülsümdür. Allahın salavatı və salamı onların üzərinə olsun! Daha ətraflı: Rəsulullahın nəsli kimlər olub?
Teqlər: 
Paylaş: