Zərurət yarandıqda uzun müddət namazları birləşdirmək olarmı?

    30.12.2021
Kimdən: 
Səfərov ayxan
Sual: 
Salam aleykum. Men herbiçiyem işimle elaqedar namazları vaxtında qıla bilmirem. Texmini sentybr- fevral ayları arasında esr ve axşam namazları qezaye gedir. Men günorta ve esr namazların, axşam ve işa namazların birləşdirob qıla bileremmi bu 6 ay erzinde. Biliremki daimi hal almadan namazları birleşdirib qılmaq olar. Bes 6 ay olarmı zehmet olmasa cavab verirsiniz
Cavab: 

Va aleykum Salam. Əgər siz yaşadığınız şəhərdən kənarda xidmət edirsinizsə, bu zaman müsafir sayılırsınız və bu halda zöhrlə əsr və məğriblə işa namazlarını birləşdirib qıla bilərsiniz. Bu birləşdirmə həm namazları tezləşdirməklə, həm də gecikdirməklə mümkündür. Bu barədə ətraflı oxuyun: Səfər namazı necə qılınır?


Əgər müsafir sayılmırsınızsa, lakin hərbi xidmətlə əlaqəli namazları vaxtında qıla bilmirsinizsə, bu halda zərurət yarandığı hallarda namazları birləşdirə bilərsiniz. Ətraflı oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı?

Teqlər: 
Paylaş: