Qızlarda məni olurmu və bu halda qüsl pozulurmu?

    18.07.2022
Kimdən: 
...
Sual: 
Qiz usaaqlarinda Meni olir mu? Ve olirsa bu qusulu pozur??
Cavab: 
Əssələmu aleykum. Bəli, yetkinlik yaşına çatmış qız uşaqlarında da məni olur. Qadınlarda da kişilərdə olduğu kimi pollusiya (yuxuda spermanın şəhvətlə çıxması) halı baş verə bilər. Belə olduqda qadın da qüsl almalıdır. Ummu Sələmə Ummu Suleymin (Allah onlardan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Ey Allahın elçisi, Allah, haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollusiya (yuxuda məni ifraz olması) halında qüsl almalıdırmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bəli, əgər mənini (spermanın əsər-əlamətini) görübsə, qüsl etməlidir". (Səhih əl-Buxari, 130). 
Paylaş: