Hicaba keçmək istəyirəm, amma həyat yoldaşım izin vermir

    24.02.2022
Sual: 
Salam.men hicaba kecmek isteyirem.Ama heyat yoldasim izn vermir.Deyir men xosdamiram zehlem gedir neye lazimdi filan. Deyir özün bil kec ama kecsen gözümnen düseceysen.men neyneyim????
Cavab: 

Va aleykum Salam. Hicab geyinmək həddi-büluğa çatmış hər bir qadına vacibdir. Kişinin öz həyat yoldaşına hicab bağlamağa və Allahın digər əmrlərini yerinə yetirməyə mane olması böyük günahdır. Əgər ailəniz sizi sevir və etiqadınıza hörmət edirsə, sizi başa düşməli və hicab geyindiyinizə görə sizi qınamamalıdır, əksinə, sizi hicaba həvəsləndirməlidir, çünki hər bir kişi ailəsi barədə sorğu-sual olunacaq. Hər bir halda Uca Allahı razı salmaq daha vacibdir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim bir əməl edər və bu əməllə insanları qəzəbləndirib Allahı razı salarsa, Uca Allah o kəsdən razı qalar və insanları da ondan razı edər. Kim də insanları razı salmaq üçün Allahı qəzəbləndirərsə, Uca Allahın o kəsə qəzəbi tutar və insanları da ondan narazı salar". (İbn Hibban, 1/510; ət-Tirmizi, 2414). Həmçinin oxuyun: Ərim hicab bağlamağa icazə vermir, nə edim?

Teqlər: 
Paylaş: