Bezində nəcasət olan uşaq namaz qılınan yerə yaxınlaşarsa namaz batil olurmu?

    02.05.2022
Kimdən: 
Cemile
Sual: 
Salam.Mən namaz qılarkən körpə uşağım da mənim ətrafımda fırlanıb oynayır.Bəzən olurki onun bezi nəcazətli olur yəni özünü batırır.Mənim də bundan həmən vaxt xəbərim olmur.Bu hal mənim namazımı batil edir?Yəni bezinə nəcaset bulaşmış uşağ namazın etrafında gəzib oynayırsa namaz batil olar?
Cavab: 

Va aleykum Salam. Namaz qılarkən namaz qılınan yerin nəcasətdən təmiz olması namazın şərtlərindən biridir. Əgər uşaq sizin namaz qıldığınız yerə yaxınlaşmırsa, bu halda uşağın bezində nəcasətin olması sizin namazınıza təsir etmir. Həmçinin, əgər nəcasət uşaq bezinin daxilində qalıb kənara çıxmırsa, bu halda uşaq sizin namaz qıldığınız yerə yaxınlaşmış olsa belə, bu sizin namazınıza xələl gətirmir. Həmçinin oxuyun:  Dəstəmazı və namazı batil edən hallar 

Teqlər: 
Paylaş: