Yel çıxdıqda yuyunmaq vacibdirmi?

    02.05.2022
Sual: 
Selamün Aleyküm. Evvela yaratdığınız bu gözel sayta gore cox sagolun. İnsanlara bu sayt vasitesile cox komek edirsiniz. Allah elminize bereket versin İnsAllah. Amin. Menim sualim beledir ki, destemazi pozan amillerden biri qaz cixmasidir ele deyilmi ve bundan sonra yeniden destemaz almaq lazimdir. Bes destemazdan qabaq qaz cixan yeride su ile yumaq lazimdirmi ?? Necis gelmir, necis geldikde bilirik ki, orani su ile yumaq temizlemek şertdir. Bunu bilirem sadeece olaraq qaz geldikdede su ile yumaq lazimdirmi ?? Yoxsa su ile yumuyub destemaz alsaqda olarmi ?? Önceden teşekkürümü bildirirem.
Cavab: 

Va aleykum Salam. Qaz çıxdıqdan sonra qaz çıxan yeri yumaq şərt deyil, sadəcə, dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun: Yel çıxması ilə dəstəmaz pozulduqda alt paltarını dəyişməyə ehtiyac varmı?

Həmçinin, qeyd edək ki, dua etdikdən sonra "İnşAllah" (Əgər Allah istəsə) demək düzgün deyil. Dua edərkən isə "İnşAllah - Allah istəsə" yox "Əmin" demək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç biriniz "Allahım! İstəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhm et!" deyə dua etməsin. (Dua etdikdə) qəti olaraq istəyin". (əl-Buxari, 6239). Ətraflı oxuyun: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?

Paylaş: