"Qılınan namaz ömürdən getmir" sözü düzdürmü?

    07.07.2022
Kimdən: 
Tuana
Sual: 
Qılınan namaz ömürdın getmezmiş bu doğrumu??
Cavab: 

Əssələmu aleykum. İnsanın bu dünyada keçirdiyi hər bir dəqiqə onun ömründən gedir. Sadəcə, Qiyamət günü insanın Allaha ibadətdə keçirdiyi ömür hissəsi ona fayda verəcək. Ona fayda verən yalnız Allaha xatir sərf etdiyi əməllər olacaq. Uca Allah bu xüsusda buyurur: "Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir" (əl-Kəhf, 46). Ola bilsin bu deyimlə də bunu nəzərdə tuturlar. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yeni dəfn olunmuş bir qəbrin yanından keçirdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaq saxlayıb dedi: "Həqiqətən, indi bu qəbir sahibinə sizin kiçik görüb yüngül qıldığınız iki rükətli nafilə namazı qalan ömrünüzdən daha sevimlidir" (İbn əl-Mubərak "əz-Zuhd", 31). Yəni əgər bu insana sizin qalan ömrünüzlə kiçik görüb yüngül qıldığınız iki rükət namaz arasında seçim edilsəydi, o iki rükət namazı seçərdi. Həmçinin oxuyun: Boş vaxtımın hədər getməməsi üçün nə edim?

Teqlər: 
Paylaş: