Pirə getmək cadunu müalicə edə bilərmi?

    20.07.2022
Kimdən: 
:)
Sual: 
Salam Aleykum menim evde xesde baldizim var her yere aparmiwiq bir caresi tapilmir.oz ozune danisir deyirki qonsular meni soyur incidir aglayir sagalmag isteyirem.deyirler guya cin var amma aparmisiq bir xeyri yoxdu coxlu dini dualar oxuduruq ozu namaz qilir ama bacardigi kimi deyir meni qoymurlar namaz qilmaga incidirler pencereleri acir danisir soyur deyir meni aparin ziyaretgahlara men sagalim belede ne meslehet gororsuz ne ede bileriy sagalsin yetkinliy yasindan baslayib indi 33 yasi var emel ola bileceyinden supelenirik neyniyekki onu bundan azad edek cox eziyyet cekir.xais edirem bir care deyin
Cavab: 
Va aleykum Salam. Uca Allahdan baldızınız üçün şəfa diləyirik. Uca Allah hər bir dərd üçün dərman müəyyən etmişdir. Cadu olunmuş insanı yalnız Uca Allahın Kəlamları ilə müalicə etmək olar. Bunun başqa yolu yoxdur. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Allahın Kəlamı ilə müalicə barədə ətraflı oxuyun:
Pirlərə getmək isə şirk və bidət bir əməldir. Şeytanın əsas məqsədlərindən biri də insanı şirkə və küfrə salmaqdır. Ola bilsin şeytan bu yolla onu küfrə sürükləmək istəyir. Halbuki bu, heç də onu müalicə etməyəcək. Pirlərə getmək barədə oxuyun:
Paylaş: