Dünya işlərinə görə faizə girmək olarmı?
Sual:
Salam? Men Peyqenberimizi yuxuda 4 defe gormuwem ve mene qurani kerim verib.oxu deyib amma men erebce oxuya bilmirem quranin tercumesini oxuyuram.namaz qiliram coxlu dualar zikir edirem.Allahimdanda raziyam heyatimda sinaqlarim imtahanlarim cox agir olsada wukur edmiwem teki Allah meni buraxmasin.bir weyden qorxuramki hakka qovuwarken Allahim meni bagiwlasin rehmedini esirgemesin.bu dunya fanidi gunahlarla doludu bilirem.bezen ya yawadiglarimiz bize agir gelir ya da dunya iwde neyise tez duzetmeycin gunaha faize giririk cunki ya heyat yada yawadiglarimiz mecbur qoyur.Nece edeyki bele gunahlara batmayaq?
Cavab:
Və aleykum Salam. Sözsüz ki, günahsız insan yoxdur. Hər bir insan günah edir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda belə buyurur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir". (İmam Əhməd, 3/198; ət-Tirmizi, 2499; İbn Məcəh, 4251). Hər bir müsəlman bacardığı qədər günahlardan uzaq durmağa çalışmalıdır. Xüsusən də faizə girmək böyük günahlardandır və dünya işlərinə görə Axirəti itirmək əlbəttə ki, böyük səhvdir. Ətraflı bu cavabları oxuyun:
Kredit götürmək hansı hallarda günah deyil?
Namaz qılan insanın faizə pul alıb-verməsi düzgündür?