Namazı vaxtından öncə qılmaq olarmı?

    15.05.2014
Sual: 
Salam aleykum. Namazı vaxtından qabaq qılmaq olarmı? Birdə zəhmət olmasa Kürsü ayəsini yaza bilərsinizmi?
Cavab: 

Aleykum salam. Namazı vaxtından qabaq qılmaq olmaz. Səhih hədislərə görə vaxtından öncə qılınan namaz batildir. Yalnız xəstənin və ya müsafirin səfərdə qıldığı namazlar istisnadır. Çünki xəstə və səfərdə olana zöhr namazını əsrlə, məğrib namazını işa namazı ilə birləşdirməyə icazə verilir. Ayətul-kursi (Kürsü ayəsi) isə belə oxunur:

"Allahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim" (əl-Bəqərə, 255).

Mənası: Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Teqlər: 
Paylaş: