Əri ilə kobud davranan və qeybət edən qadının namaz və zikrləri batil olurmu?

    13.04.2023
Sual: 
Salam.deyirler bezi ele seyler var bilirem gunahdl ama onem vermirik erimle kobut davranmaqlm veyaxud kiminse qeybet eleelemeyim bulara baxmayaraq namazdanda qalmlram ve Allahl cox zikir eliyirem bilmey isdeyirem namaz ve zikir bunlarln savabl ayrl etdiyim gunahlarln cezasl ayrl ola bilermi yoxsa namaz zikir boşa gedirmi? Ama Allahada cooox sukur edirem menim ruzim bol verir ele gun yoxdu evime pul gelmeyen.deyrem belke namaz zikire gore Allah meni ruzilendirir.Namaz zikir ayrlca savabl gunahln cezaslda ayrlca bu beledirmi?
Cavab: 
Və aleykum salam. Sadaladığınız şeylər böyük günahlardır. Mükafatını Allahdan umaraq, Cənnətə daxil olmaq üçün bir vasitə olduğunu düşünərək ərinizlə gözəl davranmağa çalışın və səhvlərini bağışlayın. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir qadından soruşdu: "Sən evlisənmi?" Qadın: "Bəli" - deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Ona qarşı necə davranırsan?" Qadın dedi: "Bacardığım qədər qulluğunda dururam". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Bil ki, (haqqını ödədədiyin təqdirdə) o sənin ya Cənnətin, ya da (haqqını ödəməsən) Cəhənnəmindir" (Əhməd, 19025).
Qeybət etmək də böyük günahlardandır və çətinliklə qazandığınız savablarınızı Qiyamət günü qeybətini etdiyiniz insanlara vermiş olacaqsınız. Ona görə də, bu günahlardan çəkinməyə çalışın. Namaz və zikrlər isə böyük günahlarla batil olmur. Daha ətraflı:
Paylaş: