Ər arvadına namaz qılmağa icazə vermirsə, günah kimə yazılır?

    14.07.2023
Sual: 
Salam Er arvada namaz qılmağa qoymursa kimə günah yazılır? Qadına yoxsa kişiye? Ve ya oruc tutmağa icaze vermirse qadın istediyi halda Ve birde qadın yoldaşından icazesiz namaz qılırsa qadın üçün günahdır?
Cavab: 

Va aleykum Salam. Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Allahın əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük günahdır. Namaz qılmaq Allahın haqqı olduğu üçün bu məsələdə Allahdan qeyrisinə itaət etmək olmaz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Xaliqə (Allaha) asi olmaqda məxluqa (insanlara) itaət edilməz". (İmam Əhməd, 1095). Namaz qılmaq üçün heç kimin icazəsinə ehtiyac yoxdur və qadın, ərinin icazəsi olmasa belə, namazını qılmalıdır və buna görə qadına günah yox, savab yazılır. Həmçinin oruc və digər Uca Allahın vacib etdiyi ibadətlər də belədir. Ətraflı oxuyun:

Ərim və qaynanam namaz qılmağa qoymurlar...

Namaz qılmayan Cənnətə girə bilərmi?

Teqlər: 
Paylaş: