Kəffarə orucu nə zaman tutulur?

    16.07.2023
Kimdən: 
Nərgiz
Sual: 
Salam. Kəffarə orucu nədir? Və nə zaman tutulması vacibdir? Ramazan ayının vacib oruclarını tutmadıqda sonralar tutmadığımız həmin vacib orucların kəffarə orucu tutulmalıdır yoxsa təkcə qəza orucu? Zəhmət olmasa cavablandırardınız
Cavab: 

Va aleykum Salam. Kəffarə - dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Kəffarə orucu and içib onu yerinə yetirə bilməyən insana aiddir. Bu barədə ətraflı oxuyun:

Andın kəffarəsi
Orucu qəsdən pozmağın kəffarəsi

 

Ramazan ayında üzrlü səbəbdən tutulmayan oruclar digər günlərdə qəza edilir. Bunun üçün kəffarə yoxdur. Üzrsüz səbəbdən tutulmayan oruclara görə isə həm tövbə edilir, həm də qəza edilir. Ətraflı oxuyun:

Ramazanda oruc tuta bilmədiyim günlərə görə kəffarə verə bilərəmmi?

Ramazanda oruc tutmadığım günlərə görə günah qazanırammı?

Teqlər: 
Paylaş: