Namaz qılanda işlərim tərs gedir, nə edim?

    23.12.2013
Sual: 
Salam aleykum. Men 2004-cu ilden namaz qilmaga bashladim. Amma defelerle namazi saxladigim vaxtlar olub. Hal-hazirda da eleyem. Bu mendn asli deyil. Sanki butun ishlerim de ters gedir. Men ne edim? Xahiş edirem komek edesiniz.
Cavab: 

Aleykum salam. Namazı işlərimizin düz getməsi üçün yox, Uca Allahın razılığını, rəhmətini və bunların sayəsində də cənnətini qazanmaq üçün qılırıq. İşlərin tərs getməsi isə Uca Allahın sınaqları ilə bağlıdır. Uca Allah buyurur: "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Ən çox ibadət etmələrinə baxmayaraq ən çox sınağa çəkilən insanlar da peyğəmbərlər (Allahın onlara salamı olsun) olublar: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt (gələcək)?" – dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə 214).
Həmçinin bilin ki, hər kəs bəlaların səbəbini yalnız özündə axtarmalıdır: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər". (əş-Şura 30).
Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir. İşlərinizin düzəlməsi üçün Uca Allaha çoxlu dua edin və duaların qəbul olması üçün səbəblərdən istifadə edin. Daha ətraflı: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: