"Cümə" surəsinin fəziləti haqda yaza bilərsiniz?

    17.11.2023
Kimdən: 
Möminə
Sual: 
Salam. Cümə surəsinin fəziləti haqqinda yazarsiz zəhmət olmasa.
Cavab: 
Və aleykum Salam. "Cümə" surəsinin fəziləti barədə səhih hədis rəvayət olunmamışdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Cümə" surəsini bəzən Cümə namazının birinci rükətində oxuduğu rəvayət olunub. İbn Abbas (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) cümə namazında birinci rükətində "Cümə" surəsini, ikinci rükətdə isə "əl-Munafiqun" surəsini oxuyardı. Həmçinin oxuyun: Cümə surəsinin izahı
Teqlər: 
Paylaş: