Ölüyə Quran oxumaq və dırnaqlarda lak olarsa namaz qılmaq olar?

    26.05.2014
Kimdən: 
Sual: 
Qurani oluler ucun oxumaq olmaz?Meselen Yasin,Hel eta
Cavab: 

Aleykuma salam. Quranı ölülər üçün oxumaq olmaz, çünki Quran dirilər üçün nazil edilmişdir. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt Quranı ölülər üçün oxumamışdır. Uca Allah Öz kitabını ölülər üçün deyil, dirilər üçün göndərmişdir. Uca Allah buyurur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Ya Sin, 69-70).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) ölülər üçün Allahdan bağışlanma və rəhmət diləməyi buyurmuşdur. Dırnaqlarda lak olarsa, namaz qılmaq olar, lakin dəstəmaz aldıqda lakı təmizləmək lazımdır.

Paylaş: