əl-Bəqərə surəsi kompüterdə oxunan evə şeytan girirmi?

    08.03.2024
Kimdən: 
Cosqun
Sual: 
Peyğember (sallallahu aleyhi va sallam) demişdir: "Heqiqeten, şeytan Beqere suresi oxunan evden qaçar". (Muslim, 1300, 1860). Men Baqara suresini mp3 komputerde acib evde diger ishlerimi gore bilerem? Yoxsa ozum de mutleq oturub dinlemeliyem?
Cavab: 

Əssələmu aleykum. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: “Evlərinizi qəbiristanlığa çevirməyin. Həqiqətən, əl-Bəqərə surəsi oxunan evə şeytan girməz”. (Muslim, 1860; ət-Tirmizi, 2877, 3118; Əhməd, 8902, 8915; əl-Hakim, 2062, 2063; ən-Nəsəi “Sunənul-Kubra” 8015; ət-Tabərani “Mucəmul-Kəbir” 8564). Fərq etməz istər əl-Bəqərə surəsi ev sahibi tərəfindən oxunsun, istər radio və ya kompüter tərəfindən MP3 şəklində oxunsun, hər iki halda şeytan əl-Bəqərə surəsi oxunan evə girmir, çünki hədis ümumidir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: