Qüsl pozulmayıbsa ən gec nə vaxt qüsl etmək olar?

    03.05.2024
Kimdən: 
Sevda
Sual: 
Qüslüm pozulmuyubsa nə qədər müddət keçərlidi.yoxsa hər dəfə təmiz olsam belə qüsl vacibdimi
Cavab: 

Əssələmu aleykum. Bədənindən tər və ya pis qoxu gələn hər kəsə bu qoxunu aradan qaldırmaq üçün çimmək lazımdır. Çünki insan bu qoxu ilə ətrafdakılara əziyyət vermiş olur. Həmçinin insanlar kimi, mələklər də pis qoxudan əziyyət çəkirlər. Peyğəmbərimiz ﷺ demişdir: "Həqiqətən mələklər insanların xoşlanmadığı şeylərdən xoşlanmazlar". (Səhih Muslim, 564). Odur ki insan qüslü pozulmasa belə, vaxtaşırı qüsl edib təmizlənməlidir. Qoltuqaltında və qasıqda bitən tükləri təmizləməli, dırnaqlarını tutmalıdır. Peyğəmbərimiz ﷺ demişdir: “Hər bir müsəlman həftədə bir dəfə qüsl etməli – başını və bədə­nini yuma­lıdır.” (əl-Buxari, 896-897). Ənəs ibn Malik (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Bizə bığlarımızı qısaltmaq, dırnaqlarımızı tutmaq, qoltuğun altındakı tükləri təmizləmək və övrət yerində çıxan tükləri qırxmaq üçün qırx gündən artıq olmayan vaxt təyin olunmuşdur". (Muslim; 379, 622). Lakin nəzərə almaq lazımdır ki, təmizlənmək məqsədilə çimmək dəstəmazı əvəz etmir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: