Arafa gününün orucunu tuta bilməyən gunah qazanırmı?

    26.06.2024
Kimdən: 
Ş
Sual: 
Əssalamu Aleykum.Sübh namazi ilə günəş çixana qədər arada təxmini nə qədər müddət vaxt vardir?bir baci var hamilədi doğuşa yaxindi gece namazlari qilirdi indi isə gecə namazina qalxa bilmir qilsada davamli qila bilmir buna gorə gunah yazilirmi ona ? Birdəki gece namazina qalxmaq istəyən ne etsin ki feziletli vaxtdan istifadə edə bilsin ? Quran oxumaği oyrenirəm lakin bəzən cetinlik cekirəm herflərin deyilis qaydalarinda bele olan halda insan ruhdan düsür ve ele hiss eləyirəm ki qurani oxumaği oyrene bilmirəm hec cur bezen herflerin duzgun deye bilmirəm nə nəsihət ederdiniz? Ərəfə gunun orucunu tuta bilmeyen gunah qazanirmi yəni hamiləliyə gorə tuta bilmir doguşa yaxin vaxtdi
Cavab: 

Və aleykum Salam. 

1) Sübh azanı ilə Günəşin doğması arasındakı vaxt fəsillərdən asılı olaraq bir saat 30 dəqiqə ilə iki saat arasında dəyişir. Hal-hazırda təqribi iki saat vaxt var. 

 

2) Gecə namazı nafilə namazdır və bu namazı müəyyən səbəbdən qıla bilməyən günah qazanmır. Əksinə, əgər bu ibadəti davamiyyətli edirdisə üzrlü səbəbdən edə bilmirsə ona savab yazılır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “(Mömin) bəndə xəstə­ləndiyi və ya səfərdə olduğu zaman ona evində, həm də sağlam olarkən et­di­yi əməllərin savabı qədər savab yazılır.” (əl-Buxari, 2996).

 

3) Gecənin fəzilətli vaxtı gecənin son üçdə biri sayılır. Bu vaxtı əsasən namaz və dua etməklə keçirmək lazımıdr. Ətraflı oxuyun:

 
4) Ümumiyyətlə Quran elmini müəllimlə canlı şəkildə öyrənmək lazımdır. Müstəqil şəkildə öyrənmək düzgün deyil. Ərəb hərflərinin düzgün tələffüzünü yalnız müəllimin iştirakı ilə şifahi şəkildə öyrənmək mümkündür. 
 
5) Arafa günü orucu nafilə orucdur. Bu orucun böyük fəziləti var. Lakin bu orucu tutmayana günah yazılmır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:  "Allaha ümid edirəm ki, Arafa günü oruc tutmaq bir il əvvəlki və bir il sonrakı günahları silir" (Muslim, 1162).  Ətraflı oxuyun:
Teqlər: 
Paylaş: