Saçda boya, xına və ya nəm maddə olarkən onun üzərinə məsh çəkmək olarmı?

    08.07.2024
Kimdən: 
Nala
Sual: 
Salam aleykum Gadin bashina her hansi boya, hena ve ya namlendirici maska goymush olsa, abdest almak olar? Olursa nece alinir? Basha mega etmek ucun sorushuram! Allah elminize bereket versin.
Cavab: 

Və aleykum Salam. Saçına boya, xına və ya nəmləndirici maddə qoyan qadın dəstəmaz alarkən başına məsh çəkə bilər, məsh çəkmək üçün qoyduğu boyanı və ya maddəni təmizləməyə ehtiyac yoxdur. Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) (həcdə ehramda olarkən) saçlarının ya­pış­qan bir maddə ilə yapışdırıldığı halda təlbiyə gətirdiyini eşitdim” (əl-Bu­xari, 1540). Bu hədis göstərir ki, başa yapışan hər hansı bir maddə saç hökmündə olur və dəstəmaz alarkən onu təmizləməyə ehtiyac yoxdur. 

Paylaş: