"Siqaret zərərli olduğu üçün haramdırsa, kola və fanta kimi içkilər də zərərlidir" deyənlərə nə cavab vermək olar?

    11.07.2024
Kimdən: 
Muhamməd
Sual: 
Salamaleykum. siqaret çəkən insanlara günah olmasına aid dəlil gətiririk ki bəs cana ziyandır və israfdır. Oda deyirki dükandan aldığın cola fanta ve sair ərzaqlar da ziyandır onda onu alıb içəndə vəya yeyəndə günah qazanırıq. Buna aid nə demək olar cavab olaraq
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, zərər baxımından siqaretlə qeyd etdiyiniz içkiləri müqayisə etmək doğru deyil. Çünki siqaretin insan orqanizminə olan zərəri kola və fanta kimi deyil. Praktika göstərir ki, siqaretin insana zərəri daha böyükdür və o, insanın ölümünə gətirib çıxaran bir çox xəstəliklərə səbəbdir. Odur ki, siqaretin üzərində "Səhiyyə Nazirliyi sizi xəbərdar edir. Siqaret səhhətinizə ziyandır" sözləri yazılır və o, uşaqlara satılmır. Bundan əlavə siqaretin tüstüsü ətrafda olan insanlara zərər verir. Bu içkilər həddən çox içildikdə zərərli olur. Nizami Gəncəvi deyir: 

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da.


Həmçinin oxuyun:

Siqaret çəkmək olarmı?

Paylaş: