Valideyn saqqal saxlamağa icazə vermirsə, onlara itaət etmək olarmı?

    23.07.2024
Kimdən: 
Murad
Sual: 
Salam Aleykum. Mənim bir sualım olacaqdı. Mənim atam anam saqqalı uzatmağıma əngəl olurlar, və tez-tez məni şiddətli bir şəkildə sıxışdıraraq saqqalımı azaltmağımı tələb edirlər. Əgər saqqalı uzatmaq nafilə bir işdisə, o zaman ata anaya itaəti önə çəkib nafiləni tərkmi etməliyəm? Və ya namaz olsun oruc olsun və.s nafilə ibadətlər etməyimədə əngəl olurlar.
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, saqqal saxlamaq vacibdir, müstəhəb deyil. Bu barədə ətraflı oxuyun:

Saqqal saxlamaq vacibdirmi?

Valideynə itaət vacib, nafilə ibadətlər isə müstəhəbdir. Ona görə siz valideynə itaətə önəm verməlisiniz. Ətraflı oxuyun:

Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?

Teqlər: 
Paylaş: