Bəsirətinin açıq olduğunu iddia edən insanların yanına getmək olarmı?

    05.09.2024
Kimdən: 
N.
Sual: 
Salam, Mən bir mövzunu aydınlaşdırmaq istəyirəm. Allaha şərik qoşmaqla bağlı cadu ilə bağlı məlumatlarınızı oxumuşam. Bəzi özünü bəsirətinin açıq olduğunu hətta bu sahələrdə təhsil alan insanlar var ki, başqalarında olan cadunu təmizləyir, və yaxud vəsvəsələrə pis yuxulara qarşı xüsusi dualar edir yanına gələnlərə bunun üçün qüsl almağa və ya içməyə dualı sular hazırlayıb verir. Bu nə qədər doğrudur dində? Yəni bu dualı sulardan istifadə etmək və ya başqa şeylər doğrudur mu? Daha ətraflı məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Və aleykum Salam. Cadu və sehri yalnız şəriətin buyurduğu qaydada, yəni Quran ayələri və Sünnədə gələn duaları oxumaqla təmizləmək mümkündür. Əgər kimsə bundan başqa bir üsulla cadu və sehri təmizlədiyini iddia edirsə, belə insanlara inanmaq olmaz. İslam dinində bəsirətin açılması kimi bir anlayış yoxdur. Bəzi cadugərlər sehr və cadudan istifadə edərək güya  bəsirətlərinin açıq olduğunu iddia edirlər. Ona görə də özünü cadu və sehri batil edən insan kimi qələmə verənlərin bunu hansı yolla etmələrinə diqqət yetirmək lazımdır. Həmçinin oxuyun:

Cadudan necə qorunmaq olar?

Allahın kəlamı ilə müalicə

Evdən cadu tapıldıqda nə etmək lazımdır?

Teqlər: 
Paylaş: