Camaat namazında imam "Səmi Allahu limən həmidəh" dedikdə imama tabe olan nə deməlidir?
Sual:
ƏsSələmu Aleykum və rahmətullah. Camaat namazında imam rükudan qalxarkən SəmiAllahu limən həmidəh dedikdə, bizlər Rabbənə ləkəl həmd deməliyik? Və rükudan qalxıb tam əyaq üstə olduqda imam Rabbənə ləkəl həmd dedikdə bizlər nə deməliyik?
Cavab:
Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Camaat namazında imam rükudan qalxarkən "Səmi Allahu limən həmidəh" dedikdə imama tabe olan sadəcə "Rabbənə və ləkəl həmd" deməklə kifayətlənə bilər və ya "Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl həmd" deyə bilər. Hər ikisi icazəlidir. İmam "Rabbənə və ləkəl həmd" dedikdə imama tabe olan susur. Həmçinin oxuyun: