Quranı elektron versiyasından və dəstəmazsız halda oxumaq olarmı?

    10.06.2014
Sual: 
Salam Aleykum. Qurani Kerimi elektron wekilde oxumaq olar? Ele sizin saytinizdan oxumaq isteyirdim, ele oxumaq kitabin ozunden oxumaga beraber olur mu? Bir de Eyer bu saytdan oxusam destemaz almaliyam?
Cavab: 

Aleykum salam. Qurani Kərimi saytda elektron versiyada oxumaq olar. Həmçinin bu şəkildə oxumaq elə kitabın özündən oxumağa bərabərdir. Dəstəmaz almadan Quran oxumaq olar, amma dəstəmazlı halda oxumaq daha yaxşıdır. Tərcümə isə Quran sayılmadığından, onu dəstəmazsız və qüsulsuz halda da oxumaq olar.

Paylaş: