Məğrib və İşa namazlarından sonra dua edərkən boyunda ağrıların olması nədəndir?

    22.10.2024
Kimdən: 
Nuranə
Sual: 
Salam, mən namaz qılıb qurtarandan sonra dua etmək istəyəndə boyun ağrılarına məruz qalıram ancaq bu hər namaz da baş vermir axşam və yatsı namazın da halım pisləşir hətta bəzən namaz qılarkən belə ürəyim döyüntülər yaradır. Zəhmət olmasa bunun səbəbini deyərdiniz təşəkkür edirəm
Cavab: 

Va aleykum Salam. Dua edərkən boyun ağrılarının olması və halın pisləşməsi müxtəlif səbəblərdən ola bilər. Ola bilsin buna səbəb sadəcə yorğunluq olsun. Ola da bilsin bu hallar şeytanın vəsvəsəsi nəticəsində olur, çünki insan xeyirli əməl etmək istədikdə şeytan ona bütün üsullarla mane olmağa çalışır. Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir". (əl-Həcc, 52). 
Bu hallara fikir vermədən, dua etməyi Allahın sizə asanlaşdırması üçün dua edin. Allahın izni ilə bir müddət sonra bu keçib gedəcək. Həmçinin Qurani Kərimi oxuyun və oxunuşuna qulaq asın, zikrləri edin. Biz də Allaha dua edirik ki, sizi xeyirli əməllərə və Onun razılığını qazanmağa müvəffəq etsin. Həmçinin oxuyun:

Vəsvəsədən necə qorunmaq olar? 

Teqlər: 
Paylaş: