Hicabı açmaq günahdırmı?

    07.06.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. sizə bir sualIm var Hircabdan vazkecmək gunahdIr? mən istiyirəm hircabI atIm kucəyə bir yerə gedəndə hircab taxiram ama hircabsIz qizlar gorəndə istiyirəm məndə hircab taxmIyIm sizcə belə etsəm gunah qazanaram? ama ozum HircablIyam sizcə HircabsIz qiz və yaxudda qadIn Namaz qilib Hircab taxmasa Cənnətə dusə bilər?
Cavab: 

Aleykum salam. Hicab Uca Allahın qadınlara əmridir: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl-Əhzab, 33). Bu əmrə tabe olanlar savab, asi olanlar isə böyük günah qazanırlar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).
Allahın əmrinə asi olaraq Cənnətə düşəcəyini güman etmək səhvdir. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə arxayınlaşdırıb tovlamasın!" (Loğman, 33).  
Hicab həmçinin qadının isməti, iffəti, həyası, hörməti, namusu və zinətidir. Hicablı qadınlar cəmiyyətimizdə hörmətlə qarşılanır və bu, milli mənəvi dəyərlərimizə də uyğundur.
Hicabı açmaq haqqında vəsvəsələr, əbədi Cənnəti müvəqqəti dünyaya dəyişmək istəyi iman zəifliyindən irəli gəlir, imanınızı və dini biliklərinizi artırın, özünüzü dində sizdən geridə olanlarla yox, irəlidə olanlarla müqayisə edin. Həmçinin, dini dərslərə qulaq asın və mömin bacılarla tez-tez görüşün. Daha ətraflı:
İmanı artırmaq üçün nə etməliyik?
Hicab azadlıqdır!

Teqlər: 
Paylaş: