Qadın heyz halında olarkən onunla cinsi əlaqədə olmaq icazəlidirmi?
Sual:
Heyzliken cinsi elaqeye girmek olar? Hökmü nedir?
Cavab:
Əssələmu aleykum. Qadın heyz halında olarkən onunla cinsi əlaqədə olmaq haramdır. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222). Ətraflı bu cavabı oxuyun: