Sidik damcıları dəyən yeri su vurmaqla təmizləmək olarmı?

    01.12.2024
Sual: 
Salam. Üzr isteyirem. Men bele bir sual vermek isteyirem. Namaz qılanam. Ayaqyolumu etdikde şalvarıma ve yaxud finkama bövl(sidik) damcıları atdılır. Deyirlir ele su vuraraq temizlemek olur. Bu doğrudurmu? Bezen su ile temizleyirem bezen (şalvarımı, şortikimi) deyişirem. Ne edim ki, rahat ayaqyoluna girim-çıxım. Her defe üzerimdekileri deyişmek istemirem. Meslehetiviz nedir?
Cavab: 

Və aleykum Salam. Sidik damcıları dəyən yeri yumaqla təmizləmək lazımdır. Ayaqyoluna girdikdə ayaqyolu ədəblərinə riayət etməyə və özünüzü nəcasətdən qorumağa çalışın. Adətən sidik damcıları ayaqüstə kiçik subaşına çıxarkən sıçrayır. Odur ki kiçik subaşına oturaraq çıxın. Həmçinin oxuyun:

Sidik damcıları dəyən paltarı dəyişmək lazımdırmı?

Ayaqyoluna getməyin ədəbləri

Teqlər: 
Paylaş: