Spermanı yuduqdan sonra izi qalarsa, bu paltarda namaz qılmaq olarmı?
Sual:
Salam əgər paltarda məni quruyub qalırsa,dəfələrlə yuyulandan sonra paltardan getmirsə nə etmək olar?
Cavab:
Və aeykum Salam. Əvvəla bunu qeyd edək ki, məni (sperma) nəcis (murdar) sayılmır, lakin qan və bəlğəm kimi, murdar olmasa da paltara düşdükdə təmizlənməsi buyurulan şeylərdən biridir. Əgər məni (sperma) paltarda quruyubsa, onu əvvəlcə dırnaqla qaşımaq sonra yerini yumaq lazımdır. Yuduqdan sonra qalan izə isə fikir verməyin. Çünki qayda olaraq nəcasət təmizləndikdən sonra qalan qoxuya və ya izə fikir verilmir. Ətraflı oxuyun: