Uca Allahın "Göz" və "Baldır" sifətlərinə dəlil varmı?
Və aleykum Salam. Allaha imanın bir hissəsidir. Allahın ad və sifətlərinə iman gətirmək dedikdə Qurani Kərimdə və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində Allaha aid edilən bütün ad və sifətləri təsdiq etmək, inkar olunanları isə inkar etmək nəzərdə tutulur. Allahın sifətlərinə məxluqatın sifətinə oxşatmadan, mənasını inkar etmədən, başqa mənaya yozmadan Uca Allahın böyüklüyünə və əzəmətinə layiq olan bir şəkildə iman gətirmək vacibdir. Uca Allah buyurur: "Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir". (əş-Şura, 11). Uca Allahın Ad və Sifətlərinı iman gətirməyin qaydaları barədə ətraflı oxuyun:
Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları
Quranda və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində Uca Allahın Gözünün olduğu bildirilir. Uca Allah buyurur: "Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt" (Hud, 37).
İbn Abbas Uca Allahın ayəsi barədə belə demişdir: "Yəni Allahın Gözü önündə". Bu rəvayəti əl-Beyhəqi "Ad və Sifətlər" kitabında (2/116) qeyd etmişdir. İmam İbn Cərir ət-Tabəri isə bu ayəni belə təfsir etmişdir: "Gözlərimizin önündə", yəni Allahın Gözü qarşısında və vəhyi ilə, Onun əmr etdiyi şəkildə".
Qurandan digər ayələr:
Uca Allah buyurur: “Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım” (Taha, 39).
Uca Allah buyurur: "Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən" (ət-Tur, 48).
Hədislərdən dəlillər:
Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Şübhəsiz ki, Allah sizə gizli deyil. Allah tək gözlü deyil” Sonra əli ilə gözünü göstərərək dedi: “Məsih Dəccal isə sağ gözü kor olan biridir, onun gözü üzüm kimi çıxmış vəziyyətdədir”. əl-Buxari (6858) Bu dəlillər Uca Allahın "Göz" sifətinin təsdiq edildiyini göstərir. Lakin bu sifətin necə olduğunu dərk etmək insanın imkanı xaricindədir.
Həmçinin Quran və hədislərdə "Baldır" sifəti də sabitdir. Uca Allah buyurur: "Baldır açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün – onların baxışları zəlil görkəm alacaq, özlərini də zillət bürüyəcək" (əl-Qələm, 42-43).
Hədisdən dəlil:
Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisdə Peyğəmbər Qiyamət günü barədə belə demişdir: "...Sonra Cabbar olan Allah meydanda qalan möminlərə ilk dəfə gördükləri, tanıdıqları surətdən başqa bir surətdə gələrək deyir: “Mən sizin Rəbbinizəm!” Onlar da: “Sən bizim Rəbbimizsən!”- deyirlər. Onunla peyğəmbərlərdən başqası danışmaz. Uca Allah buyurur: “Rəbbinizi tanımaq üçün aranızda bir əlamət vardırmı?” Deyirlər: “Baldır”. (Allah) baldırını açır və hər mömin Ona səcdə edir. Allaha riya və şöhrət üçün səcdə edənlər isə olduqları kimi qalırlar. Bunlar səcdə etmək istəyəcəklər, ancaq onurğa sümüklərinin oynaq yerləri bitişdiyi üçün səcdə edə bilməyəcəklər...". (əl-Buxari, 6886, 7439). Bu hədisin tam mətnini bu linkdən oxuyun: