Ailəm sufidir və mənə ata-babalarımızın yolu ilə getməyi buyururlar, bu doğrudurmu?

    11.01.2025
Sual: 
Menim ailem sufidi mene diyirler ata babadan necə gəlib o düzdü.mene vahabi diyirler
Cavab: 

Əssələmu aleykum. İslam dini ata-babaların dediklərinə deyil, Quran və Peyğəmbərin hədislərinə əsaslanır. Uca Allah ata-babaların yoluna tabe olub haqdan üz döndərənlər barədə belə buyurur: “Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin" deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir (Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq)”– deyirlər. Əgər ataları bir şey bilməyib (bir şey anla­mayıb), doğru yola yönəlməyiblərsə onda necə olsun?” (əl-Maidə, 104); 
”Xeyr! Onlar dedidər: Biz ata-babala­rımızı (özgə) bir e'tiqad üzərində gördük, biz də onların izi ilə düz gedirik. (Hər peyğəmbər öz ümmətinə) dedi: “Əgər mən sizə ata-babalarınızın üzərində gördüyünüz (etiqaddan) daha doğrusunu gətirsəm necə? Onlar dedilər: Biz sizinlə göndərilən şeylərə əsla inanmarıq”. (əz-Zuxruf, 22-24);
”Onlar bir pis iş tutanda deyirlər: “Ata-babalarımızı biz beləcə görmüşük və Allah bizə də bunu buyurub. De: “Allah əsla pis işlər buyurmaz. Doğrudanmı siz Allah barəsində bilmədiyiniz şeyləri söyləyirsiniz?” (əl-Əraf, 28);
Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: