İkinci ərindən boşanan qadın birinci əri ilə yenidən kəbin kəsdirə bilərmi?

    18.01.2025
Kimdən: 
...
Sual: 
Salam aleykum və rahmətullahi və bərəkətuhu.Mənim ilk evliliyim uğursuz olub,10ildən sonra 2ci dəfə ailə qurdum.Amma onunla 6ay ailəli qala bildim,səbəb xəyanəti oldu.Hal hazırda ilk evliyimdən olan uşaqlarımın atası mənimlə kəbinlə ailə olmaq istəyir.Özünün ailəsi var.Mənimlə kəbinli ailə olmaq istəyir.Amma bir şey var ki,ikinci dəfə ailə qurub ayrıldığımı bilmir.Uşaqlarımın atası əlhəmdulillah,şəriətlə gedən insandı. Əslinə qalsa, uşaqlarıma görə istərdim,ilk yoldaşım yenidən ailəm olsun,kəbinlə də olsa belə. Bilmək istədiyim, mənə onunla yenidən kəbin düşür?
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əgər ikinci həyat yoldaşınız sizi boşayıbsa və iddə müddəti (baoşanmış qadının gözləmə müddəti) bitibsə, siz, şəriətin qoyduğu qaydalar çərmivəsində (vəlinin izni və iki şahid olmaqla) birinci həyat yoldaşınızla yenidən kəbin kəsdirə bilərsiniz. İkinci evliliyiniz barədə birinci həyat yoldaşınıza demək şərt deyil, lakin səmimiyyət üçün desəniz daha yaxşı olar. Həmçinin oxuyun:

Nikah bağlamağın qaydaları
Kəbinin şərtləri hansılardır?

Teqlər: 
Paylaş: