Qadın naməhrəm kişilərin yanında Quranı səslə oxuya bilərmi?

    14.02.2025
Kimdən: 
.
Sual: 
Qadın sesi haramdır? Qadın namehrem yanında Quran oxuya biler? Ayede keçen yalnız nazlana-nazlana danışmağa aiddir? Ses ümumen ixtilaflı meseledir?
Cavab: 

Əssələmu aleykum. Alimlərin fikirlərinə görə, qadının səsi övrət (haram) hesab olunmur. Çünki Uca Allah buyurur:

"Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın" ("əl-Əhzab", 32).

Bundan əlavə, səhabə qadınlar Peyğəmbərimizə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) suallar verir və səhabələrin yanında onunla danışırdılar. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə onlara bunu qadağan etmirdi. Lakin haram olan şey naməhrəmlərlə "nazlana-nazlana" danışmaqdır. 

Qadının naməhrəm kişilərin qarşısında Quran oxuması iki halda ola bilər:

1) Quranı avazla və gözəl səslə oxuyarsa, bu icazəli deyil.

2) Əgər avazla deyil, sadə və təbii səslə oxuyarsa, ehtiyac olduqda bu icazəlidir.

Teqlər: 
Paylaş: