Quranı transkripsiya ilə oxuyan hər hərfinə görə on savab qazanırmı?
Sual:
Salam. Ərəb hərfləri ilə Quranı yaxşı oxuya bilmirəm, çünki yeni öyrənirəm. Quranı ərəb hərfləri ilə oxuyanda gec oxuyuram. Ramazanda 1 dəfə quranı oxuyub bitirmək üçün qariyə qulaq asa asa eyni zamanda ərəb hərflərinin transkriptini (az dilində yazılışı ilə) oxumaq olar mı? Belə oxuduqda 1 hərfə görə 10 savab qazanacağam mı? Çünki üzdən ərəb hərfləri ilə oxumuram ancaq qarinin dediyini ərəb hərflərinin az dilində yazılmış forması ilə oxuyaraq təkrarlayıram. Quranı Ramazan ayında belə oxuyub bitirmək məsləhətlidi yoxsa ərəbcə oxuyaraq ancaq bacara bildiyim qədər oxumaqla? Allah razı olsun
Cavab:
Və aleykum Salam. Qarilərə qulaq asaraq olsa belə, Quranı transkripsiyadan oxumaq doğru deyil. Çalışın ərəb hərflərini tez bir zamanda öyrənib Quranı ərəb dilində oxuyun. Həmçinin oxuyun: