Uca Allahın "Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin ...!" ayəsi qadınlara da aiddirmi?

    09.03.2025
Kimdən: 
Murad
Sual: 
Salam Aleykum.Cumuə 62:9 یَـٰۤأَیُّهَا ٱلَّذِینَ ءَامَنُوۤا۟ إِذَا نُودِیَ لِلصَّلَوٰةِ مِن یَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡا۟ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلۡبَیۡعَۚ ذَ ٰ⁠لِكُمۡ خَیۡرࣱ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Bir yaxinim var deyirki bu ayede "ey iman getirenler" deyende hem kisi hemde qadinlar nezerde tutulur. Cume namazinin qadinlarada ferz olduqunu bildirir ve bu aciq aye ile gelir.Biz ise qadinlari cume namazina aparmayib onlari bu ferzi yerine yetirmekden mehrum edirik.Zehmet olmazsa cavablandirardiniz ne derecede duz deyir
Cavab: 

Və aleykum Salam. Uca Allah əl-Cümə surəsində buyurur: "Ey iman gətirənlər! Cü­mə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirli­dir!" (əl-Cümə, 9). Bu ayədə xitab bütün müsəlmanalra olsa da, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözü bu xitabdan qadınları, kölələri, uşaqları və xəstələri istisna edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Cümə namazı hər bir müsəlmana camaatla qılınması vacib olan bir haqdır. Lakin dörd nəfər bundan istisnadır: kölə, qadın, uşaq və xəstə" (Əbu Davud, 1067; Səhihul-Cami, 3111). Həmçinin İslam alimlər yekdil rəylə icma etmişlər ki, cümə namazı qadınlara vacib deyil və onlar cümə günü evlərində zöhr namazını dörd rükət qılmalıdırlar. İbn Munzir (Allah ona rəhmət eləsin) "İcma" adlı kitabında (52-ci fətvada) belə deyir: "Alimlər icma etmişlər ki, qadınlara cümə namazı vacib deyil". Qadınlara cümə namazının vacib olmamasının hikməti budur ki, şəriət kişilərin toplaşdığı yerlərdə qadının iştirak etməsini bəyənmir, çünki bu, xoşagəlməz nəticələrə səbəb ola bilər. Lakin qadın istəsə cümə namazına gedə bilər. Əgər qadın məscidə çıxmaq üçün şəriətə uyğun tələblərə əməl edirsə (bəzənməmək, ətirlənməmək və s.), cümə namazında iştirak edə bilər. O zaman imamla iki rükət cümə namazını qılmalı və bu, onun üçün zöhr namazının əvəzi sayılacaqdır. Lakin qadın üçün ən fəzilətli olan evdə namaz qılmasıdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Qadınlarınızı məscidlərə getməkdən çəkindirməyin, lakin onların evləri onlar üçün daha xeyirlidir." (Əbu Davud, 567). Həmçinin oxuyun:

Qadınlara cümə namazı vacibdirmi?

Qadınlar cümə və adi günlərdə məscidə camaat namazına gedə bilərmi?

Teqlər: 
Paylaş: