Qadınlar "İşraq" namazını evdə qıla bilərlərmi?
Sual:
Salam. Sübh namazından sonra namaz qıldığın yeri tərk etmədən oturub zikr eləmək və günəş çıxandan 15-20 dəqiqə sonra 2 rəkat namaz qılmaq ibadəti ilə bağlı bir neçə sualım var:
1. Qadınlar bu ibadəti evdə edəndə həmin savabı qazanır?
2.Namaz qıldığın yerdəcə oturub ibadət etmək lazımdı? Yoxsa fərqli bir yerdə oturmaq olar?
3. Dəstəmaz pozularsa ayağa qalxıb yenidən dəstəmaz almaq olar? Yoxsa oturduğun yeri tərk etməməlisən?
4. Bu ibadəti yerinə yetirərkən arada dincəlmək sonra yenidən zikr edib, Quran oxumağa davam etmək olar? Yoxsa davamlı olaraq zikr etmək lazımdı? Demək istədiyim odur ki, yorulanda dincəlmək olar?
Allah razı olsun
Cavab:
Və aleykum Salam.
1) Bəli qadınlar bu ibadəti evdə yerinə yetirməklə bu savaba nail ola bilərlər.
2) Bu savaba nail olmaq üçün namaz qıldığın yerdə oturmaq lazımdır.
3) Dəstəmaz pozularsa və insan oturduğu yeri tərk edərsə, artıq bu savabı itirmiş olur.
4) Davamlı zikr etmək şərt deyil, arada dincəlib sonra yenidən zikrə davam etmək olar.