Gecə və təravih namazları barədə sual
Sual:
Salam Aleykum, Təravih namazı qılmaq üçün məscidə getdim. Gecə namazını qılanda əvvəlcə elə bildim ki, təravih namazını qılırıq. 2-ci rükətdən sonra bilmişəm ki, gecə namazıdır. Fikrimdən çıxıb. Amma namazı axıra kimi qıldım. Bu halda nə etməliydim? Yenidən gecə namazını qılmalıydım?
Cavab:
Və aleykum Salam. Yəqin ki, sualda "gecə namazı" dedikdə İşa namazını nəzərdə tutursunuz. Əgər namaza İşa namazı niyyəti ilə qoşulmusunuzsa və namaz əsnasında niyyətinz dəyişməmişsə, o zaman İşa namazını yenidən qılmağa ehtiyac yoxdur. Əgər "gecə namazı" dedikdə təhəccüd namazı nəzərdə tutursunuzsa, təravih və gecə namazları sünnə namazlardır. Sadəcə təravih gecənin əvvəlində İşa namazından sonra, təhəccüd isə gecə yatıb oyandıqdan sonra gecənin ortası və ya sonu qılınır. Təravih namazını bitirdikdən sonra özünüz gecə namazlarını davam edə bilərsiniz. Həmçinin oxuyun:
Təravih namazını qıldıqdan sonra vitr namazını evdə 11 rükət qıla bilərəmmi?