Peyğəmbərin gündəlik həyatı necə olub?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gündəlik həyatı onun həyat yoldaşları və digər səhabələr vasitəsilə bizə təfsilatı ilə çatdırılıb. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gündəlik həyatını bir neçə cümlə ilə vəsf etmək mümkün deyil. Lakin qısa olaraq bunu deyə bilərik ki, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gündəlik həyatında sadə və təvazökar bir həyat tərzi sürmüşdür. O, həm şəxsi həyatında, həm də cəmiyyətə qarşı münasibətlərində yüksək əxlaq sahibi olmuşdur. Onun gündəlik həyatı əsasən belə olmuşdur:
- İbadət və dua:
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gündəlik həyatını Allaha qulluqda keçirmişdir. O, namazlarını vaxtında qılar, çoxlu dua edərdi. Gecə namazı (təhəccüd) ona çox sevimli idi və bəzən gecənin çox hissəsini ibadət edərdi. - Sadəlik:
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zahid və təvazökar bir insan olub. O sadə paltarlar geyinər və nə yeməkdə, nə də geyimdə israfa yol verməzdi. Çox sadə yeməklər yeyərdi, əsasən süd, xurma, çörək və s. kimi sadə qidalarla kifayətlənərdi. Yeməkdə israf etməz, həmişə qənaətli olmağa çalışardı. - İşlərə qatılmaq:
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız dini rəhbər deyil, həm də gündəlik işlərdə özü şəxsən fəal iştirak edən bir insan idi. O, işləyər, ailəsi və uşaqları ilə maraqlanar və ehtiyacı olan insanlara kömək edərdi. - Ailə həyatı:
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsinə qarşı çox mehriban və qayğıkeş idi. Həm zövcələrinə, həm də uşaqlarına qarşı hörmətlə yanaşırdı. Ailə ilə zaman keçirməyi çox sevərdi.
Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatı barədə ətraflı "Peyğəmbərin həyatı" adlı kitablardan ətraflı öyrənə bilərsiniz. Həmçinin oxuyun: