Namaz qılmaq qadağan olan vaxtlarda fərz namazlarını qılmaq olarmı?
Sual:
Salam Aleykum,Namazın haram olduğu saatlar var deye eşidmişem,məsələn namazın vaxtının bitməsinə az qalmış saatlar,bu doğrudurmu? Sübh namazının və məğrib namazanı ən son vaxtta qılmaq olmaz?
İstemeyerekden,meselen yatıb qalsa ve ya unudsa bes nece?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, namazın qadağan olunduğu saatlarda səbəbsiz nafilə namazları qılmaq qadağandır. Məscidə daxil olarkən qılınan məscidə salam namazı, istixarə namazı və s. bu kimi səbəbli namazları isə istənilən vaxtı qılmaq olar. Həmçinin vacib namazları unutduqda və ya yatıb qaldıqda istənilən vaxt qılmaq olar. Namaz qılmaq qadağan olan vaxtlar barədə ətraflı oxuyun: