Böhtana məruz qalan şəxs özünü müdafiə edə bilmirsə nə etməlidir?

    09.06.2025
Kimdən: 
Sehla
Sual: 
Salam.Bir insan bir insan haqqında yalan danışıb,yalan olan bir şeyi doğru qələmə verib .şərler atırsa .həmən yalanlardan xanımın evinə söz söhbət düşərsə .xanım ne etmelidir?həqiqət olmayan bir şeyi yüz faiz əminliklə kimisə inandırıb .deyirse həmən şer atılan xanım necə davranmalıdır.bu böhtanlar dan özünu sübut edə bilmirsə Allah çıxardarmi üzə bir gün xanımın yanlış olmadığını?yoxsa həmən adam yalanı üstüne atan adam ne vaxtsa insafa gəlermi ki həqiqət gec ya tez ortaya çıxsın.Sohbet hansısa oğurluq.basqa olmayan nədənsə gedir .Bunun Allah qaRsisinda günahı nedi bu böhtan atan adamın.
Cavab: 

Və aleykum Salam. Belə vəziyyətdə böhtana məruz qalan şəxs ilk növbədə səbir etməli, hər şeyin hökmü Əlində olan Uca Allahdan yardım istəməlidir. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45). Çoxlu dua etməli, həmçinin beş vaxt fərz namaz və gecə namazında çox dua etməli, duanın qəbul olan vaxtlarını seçməlidir (məsələn, gecənin son üçdə biri, səcdə vaxtı edilən dua və s.). Bununla yanaşı bacardığı qədər üzərinə atılmış böhtandan uzaq olduğunu tutarlı dəlillərlə sübut etməyə çalışmalıdır. Ətraflı oxuyun:

Böhtana məruz qalan nə etməlidir? 
Çətinliyə düşəndə hansı duaları oxumaq lazımdır?
Namaz qılmaq qaydası - VİDEO

Paylaş: