Baxıcının yanına gedib onun tələb etdiklərini etmək doğrudurmu?

    09.06.2025
Sual: 
Mənə bir baxıcı xanım baxıb hər şeyi düz dedi daha sonra isə həyətdə cadu olduğunu o cadunun mənə ailəmə də təsir etdiyini dedi. Mən də sevdiklərimi özümü qorumaq adına o cadunu açdırmaq istədiyimi dedim. O da mənə pul qarşılığında xristian şamı, quran sözləri olan yazı göndərəcəyini dedi. Mən çox peşman oldum, Allahı unutdum həmin vaxt amma sonra xatırladım və etmək istəmirəm bunları. Deyir ki mütləq şam yandırılmalıdır hökm oxunub adınıza.Deyir hökmü geri çəkəcəm amma şamı yandır suya axıt şəklini çək at mənə. Etməsəm cinlər falan musallat olar deyə qorxuram.Nə edim bilmirəm Allah rızası üçün ağıl verin mənə.
Cavab: 

Əssələmu aleykum. Dinimiz heç bir halda falçılara və sehrbazlara müraciət etməyi icazəli görmür. Çünki onlar yalan danışırlar və dediklərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Falçılar ümumi sözlər (qohumlardan biri ilə aranızda problem var, qohumlardan biri sizə pislik etmək istəyir və s.) deməklə qarşsındakı insanı inandırmağa çalışır. Halbuki qeyd etdikləri problemlər bütün ailələrdə mövcuddur. İnsanın etibarını qazandıqdan sonra ona cadu olunduğuna inandıraraq bu cadunu yalnız özü aça bildiyini bildirir. Sonra isə qarşı tərəfin maddi durumuna uyğun olaraq ondan pul tələb edirlər. Sizə hökm oxunması barədə dediklərinə inanmayın. Falçılar Allahın Kəlamını alçaltmaq üçün sizdən Quran ayələri istəyiblər. Çünki cinlər onlardan bunu tələb edir. Belə insanlara inanmayın, onların dediklərini etməyin. Uca Allah bizə sehr olunduğu zaman onu necə müalicə etməyin yolunu göstərmişdir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: