Ərinə xəyanət edən qadın peşman olubsa, nə etməlidir?
Və aleykum Salam. Sözsüz ki, evli ola-ola yad kişi ilə danışmaq böyük günahdır və ərə xəyanətdir. İlk növbədə sizə səmimi tövbə etməyi və Allahdan bağışlanma diləməyi tövsiyə edirik. Uca Allah ona tövbə edən qulunu bağışlayır. Həmçinin saleh əməlləri (namaz, oruc, sədəqə, dua və s.) artırın. Çünki saleh əməllər günahları silir. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib, (naməhrəm) bir qadını öpdüyünü ona xəbər verdi (və bunun nə dərəcədə günah olduğunu öyrənmək istədi). Uca Allah da bu ayəni nazil etdi: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114). Kişi soruşdu: “Ey Allahın Elçisi! Bu (hökm) yalnız mənə aiddir?” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Bu, mənim ümmətimin hamısına aiddir!” (əl-Buxari, 526). Bu barədə ərinizə xəbər verməyə məcbur deyilsiniz. Sadəcə səmimi tövbə edin. Ətraflı oxuyun: