Allaha nisbət olunan hər şey Allahın sifəti sayılırmı?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, "Allahın evi" və "Allahın dəvəsi" Allahın sifətləri deyil. Allaha nisbət (aid) edilən hər şey zəruri olaraq onun sifəti deyil. Uca Allaha nisbət edilən sözlər iki qisimdir:
1) Yaradılmış bir şeyin Allaha nisbət edilməsi. Məsələn: "Allahın dəvəsi", "Allahın evi", "Allahın qulu" və s. Bu, yaradılmış bir şeyi Yaradana (Allaha) aid etməkdir. Bu, həmin yaradılmış şeyi şərəfləndirmək, qədrini ucaltmaq məqsədi daşəyər, çünki Allah ona xüsusi əhəmiyyət vermişdir.
2) Allahda olan sifətlərin Ona aid edilməsidir. Məsələn, Allahın əl, üz kimi sifətləri var. Həmçinin Allahın qəzəbi, razılığı, rəhməti kimi sifətləri də var. Bu sifətlər Allahın zatından ayrılmaz. Bu növ sifətlər məxluq sayılmır və onları məluqa bənzətmək, başqa mənaya yozmaq, keyfiyyət vermək və inkar etmək olmaz. Uca Allahın ad və sifətləri barədə ətraflı oxuyun: