Əti yeyilən heyvanların ifrazatı nəcis sayılırmı?
Sual:
Salam Aleykum. Biz həyətdə qoyun, toyuq saxlayırıq. Həyətdə gəzən anda ayağa qoyun nəcisi və toyuq nəcisi dəyir. Bu halda dəstəmaz pozulurdu? Öncədən təşəkkürlər.
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə bilmək lazımdır ki, əti yeyilən heyvanların (qoyun, toyuq, ördək, inək və s.) ifrazatı (peyini və ya sidiyi) nəcis sayılmır. Odur ki paltara və ya ələ dəydikdə sadəcə yumaq kifayətdir. Hətta bu halda namaz qılınsa belə namaz səhihdir. Bir hədisdə rəvayət edilir ki, Peyğəmbər ﷺ vida həccində bir dəvənin üstündə Kəbənin ətrafında təvaf etdi. (Muslim, 1274). Alimlər bu hədisə və digər hədislərə əsaslanaraq əti yeyilən heyvanların ifrazatının natəmiz olmadığını demişlər. Çünki əgər nəcis olsaydı Peyğəmbər ﷺ dəvəni Kəbənin yanına gətirməzdi. Həmçinin oxuyun: