Borcdan qurtulmaq üçün necə dua edə bilərəm?

    02.09.2025
Sual: 
Borcdan qurtulmaq üçün hansı zikr oxunur
Cavab: 

Əssələmu aleykum. Borcdan qurtulmaq üçün Allah Elçisi (sallallahu aleyhi və səlləm) bizə gözəl dua öyrətmişdir: Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: "Kölə­likdən azad olmaq üçün borcumu ödəməyə acizəm, mənə yardım et!” Əli (Allah ondan razı olsun) dedi: "Allah Elçisinin (sallallahu aleyhi və səlləm) mənə öyrət­diyi bəzi kəlmələri sənə öyrədimmi? Siyr dağı boyda borcun olsa belə Allah onu sənə ödətdirər. Belə dua et: “Allahım! Məni Öz halalınla kifayət­ləndirib haramına möh­tac etmə! Məni Öz lüt­fünlə Özündən başqasına möhtac etmə!” (ət-Tirmizi, 3563, 3911. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 266). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: